Yevlax görüşündəki OVAL MASA: Azərbaycan ermənilərə və dünyaya bu subliminal mesajı verir

Bu gün Yevlaxda Azərbaycanla Qarabağın erməni sakinlərinin nümayəndələri ilə görüş keçirilir.

Görüşdən paylaşılan fotolarda müzakirə masasının dairəvi yox, oval olması diqqətdən qaçmayıb.

Bəs masanın oval olması hansı mesajı verir?

Mövzu ilə bağlı politoloq Asif Nərimanlı bildirib ki, masanın oval olmasının 2 səbəbi var:

"Bunun iki səbəbi var. Məqsəd ermənilərin masada vizual "tərəf" kimi görünməsinə imkan verməmək, həm də onları aşağılamadan daha effektiv müzakirə aparmaq, onların timsalında erməni əhalisinə Azərbaycanın bərabərhüquqlu vətəndaşı kimi yaşaya biləcəkləri mesajını verməkdir. Erməniləri təmsil edən Sergey Martirosyan və David Melkumyanın isə qanı qaradır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31