Siyasi partiyaların həmrəylik bəyanatı siyasi mədəniyyət nümunəsidir - ÖZƏL
21 Sentyabr 2023 12:52 Siyasət"Siyasi partiyaların həmrəylik bəyanatı siyasi mədəniyyət nümunəsidir". "OLAYLAR"-ın xəbərinə görə, bu fikirləri səsləndirən YAP üzvü Aslan Mehdiyev deyib ki, dövlətimiz və xalqımız üçün həyati əhəmiyyət kəsb edən mürəkkəb bir şəraitdə siyasi partiyalar tərəfindən ölkəmizin bütün vətəndaşlarının, dünya azərbaycanlılarının milli birliyə, vəhdətə səslənilməsi siyasi yetkinliyin göstəricisi kimi mühüm əhəmiyyətə malikdir:
"Ermənistanın Azərbaycanın konstitusiya quruluşuna yönəlik hərbi təhdidlərinə qarşı ölkəmizin keçirdiyi lokal antiterror tədbirlərinə siyasi partiyalar dəstək Bəyanatı qəbul ediblər. 44 günlük Vətən müharibəsində olduğu kimi, bu dəfə də ölkədə fəaliyyət göstərən siyasi partiyalar Prezident, Müzəffər Ali Baş Komandan, İlham Əliyevi dəstəklədiyini bəyan etmişlər".