Ermənistanın və separatçıların davamlı təxribatı antiterror tədbirlərini qaçılmaz edirdi - ÖZƏL

"Azərbaycan dövlətinin dəfələrlə üçtərəfli Bəyanatın müddəalarının təmin olunması, təxirəsalınmadan sülh müqaviləsinin imzalanması müraciətləri Ermənistan tərəfindən müxtəlif bəhanələrlə rədd edilmişdir. Bundan əlavə, müntəzəm olaraq davam edən təxribat və terror hərəkətləri Azərbaycanı lokal xarakterli antiterror tədbirləri keçirmək məcburiyyətində qoyurdu. Azərbaycan sonda bunu məcbur olaraq həyata keçirdi". "OLAYLAR" xəbər verir ki, bu fikirləri YAP üzvü Seyran Dəmirov səsləndirib. O bildirib ki, 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli bəyanatın müddəalarına zidd olaraq Azərbaycanın Qarabağ bölgəsindəki Ermənistan silahlı qüvvələrinin birləşmələrinin mövcudluğunu davam etdirməsi regional sülh və sabitlik üçün ciddi təhlükə mənbəyi idi:

"Üçtərəfli bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlanıldı. Bu tədbirlər qısa müddətdə öz məntiqi sonluğuna çataraq növbəti qələbəmizi təmin etdi"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31