Siyasi partiyaların mövqeyi ümumxalq birliyinin ən yüksək səviyyədə olduğunu göstərdi

"44 günlük Vətən müharibəsində olduğu kimi, bu dəfə də Azərbaycanda fəaliyyət göstərən siyasi partiyalar Ölkə Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevi dəstəklədiklərini bəyan etdilər. Bu məqsədlə ölkədə fəaliyyət göstərən 23 siyasi partiya tərəfindən birgə Bəyanat qəbul olundu". "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili Kamaləddin Qafarovun sözlərinə görə, siyasi partiyalar dövlət başçımızın ölkəmizin ərazi bütövlüyünün və əhalinin təhlükəsizliyinin təmin olunması, erməni silahlı birləşmələrinin təxribatlarının qarşısının alınması, işğaldan azad edilən torpaqlarımızda məskunlaşan minlərlə soydaşımızın təhlükəsizliyinin təmin olunması üçün həyata keçirdiyi siyasəti və verdiyi hərbi əmri dəstəklədiklərini, onun ətrafında sıx birlikdə olduqlarını bəyan etdilər: "Bu, ölkəmizdə siyasi həmrəyliyin, ümumxalq birliyinin ən yüksək səviyyədə olduğunu bütün dünyaya nümayiş etdirdi. Bu birlik xalqımızı bütün savaşlardan qalib çıxaracaq, ölkəmiz öz ərazilərində Azərbaycan Respublikasının konstitusiya quruluşunun tam bərpasını təmin edəcək".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31