Azərbaycanın 30 ildən çox apardığı mübarizə qələbə ilə başa çatdı - ÖZƏL
21 Sentyabr 2023 12:16 Siyasət"Azərbaycanın 30 ildən çox apardığı mübarizə nəhayət qələbə ilə başa çatdı və Azərbaycan dövləti öz müstəqilliyini tam şəkildə bərpa etdi".
"OLAYLAR" xəbər verir ki, bu fikirləri politoloq Azər Qasımov səsləndirib. Onun sözlərinə görə, bu qələbə regionda və beynəlxalq arenada aparılan geosiyasi oyunların bitməsi demək deyildir:
"Azərbaycan dövləti bu qələbəni əldə etməklə ən əsas problemi olan Qarabağ problemini həll etdi. Qısa zaman kəsiyində bu məsələyə tamamilə nöqtə qoyacaq, bunun üçün müəyyən kiçik zaman kəsiyi lazımdır. Bəziləri sual verir ki, Xankəndi, Xocalı, Ağdərə nə oldu. Azərbaycanın atəşkəs tələbi bir idi. Ərazimizdə boz zona olmayacaq. Ərazimizdə silahlı terror qrupları qalmayacaq, Azərbaycanın atributları və qanunvericiliyi tam qəbul ediləcək. İstəyən yaşasın istəməyən getsin. Bu məsələ odur ki, daha regionda səngər qazıb sərhəd quran sarsax adlı bir qurum yoxdur. Görüşlər başlayacaq və Azərbaycan Konstitusiyasının qanunları ilə Qarabağın idarə edilməsi Azərbaycana keçəcəkdir. Burada bizim polis, bizim orqanlar, bizim pul, bizim pasport olacaqdır. Boz zona olmayacaqdır!".