Yevlax görüşü reinteqrasiyanın başlanğıcıdır - ÖZƏL

"Bu gün Qarabağ üçün tarixi günlərdən biridir. Yevlax şəhərində Azərbaycanın Qarabağ bölgəsinin erməni sakinlərinin nümayəndələri ilə görüş keçirilir. Bu reinteqrasiyanın başlanğıcıdır. Açılan yeni səhifə  yalnız Qarabağ üçün deyil, bütövlükdə Qafqaz üçün sülh və sabitlik gətirə bilər". "Olaylar" xəbər verir ki, bunu millət vəkili Vüqar Bayramov deyib: "44 günlük Vətən Müharibəsində ərazi bütövlüyünü bərpa edən Azərbaycan 24 saatlıq antiterror tədbirlərindən  sonra Qarabağda suveren hüquqlarını tam formalaşdırır. Bu artıq yeni mərhələ, yeni çağrışlardır. Regiondakı yeni düzən Azərbaycanın geosiyasi mövqeyini daha gücləndirməkdədir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31