Azərbaycan neçə-neçə məkr yuvasının planlarını pozdu - ÖZƏL
21 Sentyabr 2023 12:01 Siyasət"Antiterror tədbirlərinin başlaması o qədər də gözlənilməz deyildi əslində. Atəşkəs tez-tez pozulurdu, erməni tərəfi açıq şəkildə müharibəyə hazırlaşır, Hindistan, İran, Qərb ölkələri vasitəsilə ordusunu modernləşdirməyə çalışırdı, həm Qarabağda, həm də Ermənistanda revanşistlər meydan sulayır, II Qarabağ savaşının nəticələrinə baxılması tələbləri artırdı və s. Yəni zaman bizi sıxırdı, sərt addımlar atıması qaçılmaz idi". "Olaylar" xəbər verir ki, bunu deyən siyasi şərhçi Cəmaləddin Quliyevin sözlərinə görə, amma Azərbaycanın blits- kriqini, deyəsən, nə dostlar, nə düşmənlər proqnozlaşdıra bilməyiblərmiş: "Hələ də Qərb, İran, ərəb meidiası, eləcə də bəzi rus və hətta bəzi türk nəşrləri III Qarabağ savaşı ehtimalından, savaşı davam edəcəyi təqdirdə hansı nəticələrə səbəb ola biləcəyindən, Azərbaycanın Ermənistana hücum etmə ehtimalından yazırlar. Müəlliflər də, nəşrlər də yetərincə ciddidir. Demək, antiterror tədbiri ermənilərin revanş palnlarını pozduğu kimi, "Yevlax prinsipləri" ilə danışıqlara gedilməsi, Azərbaycan Prezidentinin yeni dinc yanaşı yaşama modeili təklifi də Cənubi Qafqazda münaqişələri körükləməklə öz maraqlarını həyata keçirmək istəyən neçə-neçə məkr yuvasının planlarını pozdu".