Azərbaycan ərazisində boz zona olmayacaq

Xocavənd ərazisindəki yeni tikilən tuneldə erməni terrorçu diversiya qruplarınn basdırdığı mina nəticəsində polislərimizin və digər bir ərazidə yol çəkilişində işləyən işçilərin şəhid edilməsi Azərbaycan dövlətinin səbr kasasının dolmasına səbəb olan hadisələr oldu. Azərbaycan dövləti öz ərazisində yuva salmış erməni terrorçu birləşmələrinin məhv edilməsi və ərazinin onlardan təmizlənməsi üçün antiterror tədbirlərinə başladığını elan etdi.

Ötən iki gün ərzində bu istiqamətdə cərəyan edən proseslərə diqqət çəkən politoloq Azər Qasımov deyib ki, 2020-ci il "10 noyabr" bəyannaməsinin-kapitulyasiya aktının şərtinə əsasən ərazidən çıxmalı olan erməni qanunsuz hərbi birlikləri bu müddətdən üç il keçməsinə baxmayaraq bəyannamənin şərtlərinə əməl etməyərək öz diversiya-terrorçu fəaliyyətlərini davam etdirmiş, Azərbaycan ordusuna qarşı terror hərəkətləri törətmiş, ərazidə müdafiə-fortifikasiya qurguları inşa etmiş, əraziləri minalamış, nəticədə bu fəaliyyət müxtəlif aralıqlarla üç yüzdən çox mülki və hərbi insanın ölümünə, onlarla insanın xəsarət alaraq əlil olmasına səbəb olmuşdur. Azər Qasımov diqqətə çatdırıb ki, dəfələrlə xəbərdarlıqlara, imzalanmış bəyannamənin şərtinin yerinə yetirilməsinə çağırılmasına baxmayaraq, bu terrorçu qruplaşmalar öz fəaliyyətlərini daha da yeni üsullar tətbiq etməklə davam etdirmişlər:

"Bu terror birləşmələri professional terrorçulardan təşkil edilmişdir. Bunu onların fəaliyyətləri sübut edir. Tək bir faktı qeyd etmək bəs edir ki, bu, sübut olunsun. Azərbaycan əsgərinin öz yeməyini bölüşdüyü ərazidəki itlərin boynuna uzaqdan idarə edilən partlayıcı bağlayıb, Azərbaycan əsgəri tərəfə göndərərək onu öldürməyə cəhd edən terrorçunun professionallığına həqiqətən də şübhə yeri qalmır. Nəhayət, Azərbaycan dövləti bu terrorçuların kökünü birdəfəlik kəsmək üçün lokal xarakterli antiterror tədbirləri keçirdi. Antiterror tədbirləri cəmi 24 saat sürdu və terrorçu birləşmələrin bütün perimetr boyu dislokasiya edilmiş hava hücumundan müdafiə sistemləri, radioelektron sistemləri, hərbi nəqliyyat vasitələri, zirehli texnikaları, canlı qüvvələrinin məhv edilməsi üçün zərbələr endirildi. Çoxlu miqdarda terrorçu və hərbi ləvazimat sıradan çıxarıldı, texnika ələ keçirildi. Azərbaycan ordusunun qəhrəman əsgərləri uğurla bu antiterror tədbirlərini başa çatdırdı və düşmən ağ bayraq qaldıraraq təslim olduğunu və Azərbaycanın təslim şərtləri ilə razılaşdığını elan etdi, silahını yerə qoydu. Azərbaycan dövləti də yenə humanistlik göstərərək sağ qalan terrorçuların Ermənistan ərazisinə keçməsi üçün onlara vaxt verdi. Qarabağ ərazisindəki məskunlaşmış erməni əhali ilə inteqrasiya məsələlərini müzakirə etmək üçün Yevlax şəhərində danışıq aparmaq üçün vaxt təyin etdi. Dinc əhali isə ya Azərbaycanın konstitusiyasına uyğun olaraq Azərbaycan ərazisində vətəndaşlıq alıb yaşamağı seçməli, ya da Azərbaycan ərazisini tərk etməli olacaq".

Politoloq qeyd edib ki, Azərbaycanın 30 ildən çox apardığı mübarizə nəhayət qələbə ilə başa çatdı və Azərbaycan dövləti öz müstəqilliyini tam şəkildə bərpa etdi:

"Təbii ki, bu qələbə regionda və beynəlxalq arenada aparılan geosiyasi oyunların bitməsi demək deyildir. Azərbaycan dövləti bu qələbəni əldə etməklə ən əsas problemi olan Qarabağ problemini həll etdi. Qısa zaman kəsiyində bu məsələyə tamamilə nöqtə qoyacaq, bunun üçün müəyyən kiçik zaman kəsiyi lazımdır. Bəziləri sual verir ki, Xankəndi, Xocalı, Ağdərə nə oldu. Azərbaycanın atəşkəs tələbi bir idi. Ərazimizdə boz zona olmayacaq. Ərazimizdə silahlı terror qrupları qalmayacaq, Azərbaycanın atributları və qanunvericiliyi tam qəbul ediləcək. İstəyən yaşasın istəməyən getsin. Bu məsələ odur ki, daha regionda səngər qazıb sərhəd quran sarsax adlı bir qurum yoxdur. Görüşlər başlayacaq və Azərbaycan Konstitusiyasının qanunları ilə Qarabağın idarə edilməsi Azərbaycana keçəcəkdir. Burada bizim polis, bizim orqanlar, bizim pul, bizim pasport olacaqdır. Boz zona olmayacaqdır!".

Politoloq deyib ki, Ermənistan 44 günlük müharibədən sonra bir daha məğlub oldu və artıq proseslər digər qaranlıq qalan məsələlərin həllinə keçəcək:

"Ermənistanı Qərbyönlü siyasət yürütməyə sövq edən qüvvələrin regionda apardığı mübarizə proseslərin yeni fazaya keçdiyini göstərir. Hadisələrin episentri artıq birmənalı olaraq Azərbaycan ərazisindən Ermənistana keçir. Azərbaycanın bundan sonra işi azad edilmiş ərazilərdə bərpa-quruculuq işlərini sürətləndirmək, əhalinin geri dönüşünü tezləşdirmək olacaq. Ermənistan isə qaranlığa doğru sürüklənməyə davam edir, beynəlxalq və regional güclərin oyun meydanına çevrilir. Konkret olaraq bu güclərin məqsədlərinin nə olduğunu geniş anlatmağa ehtiyac yoxdur, çünki İranın, Amerikanın, Fransanın, Rusiyanın, eyni zamanda, Türkiyənin və Azərbaycanın nə istədikləri barədə çox deyilib. Məsələ Ermənistan deyil, Ermənistan üzərindən maraqlı güclərin bir-biri ilə mübarizəsidir. Ermənistanın sonrakı taleyinin nə olacağı əksəriyyət gücləri maraqlandırmır. O, həmişəki kimi bu güclərin əlində alətdir. Alət isə istifadə üçündür. Bir zaman gəlir ki, sınır və kənara atılır. Ermənistanda isə bu siyasəti anlayan heçmi insan olmadığı sualı maraq doğurmaya bilmir?"

Azər Qasımovun sözlərinə görə, məsələ ondadır ki, Ermənistanın Rusiyadan uzaqlaşıb, Qərbə getmək cəhdini bu siyasətin ermənisayağı başa düşülməsi kimi qəbul etmək olar:

"Erməni rəhbərliyi və toplumunun bir hissəsi belə hesab edir ki, onlar Rusiyanın təsir dairəsindən çıxıb Qərbin təsir dairəsinə girəndə onların problemləri həll ediləcək. Ermənistan bir gerçəyi anlamır ki, məşhur deyimdə deyildiyi kimi "Coğrafiya talehdir". Hər bir ölkənin taleyi onun yerləşdiyi coğrafiyadan asılıdır. Rusiya XİN Lavrovun bir sözünü də xatırlatmaq yerinə düşər ki, müqayisəli analiz tam alınsın. Lavrov: "Hər bir ölkə ənənəvi qonşularından əlavə bir də Amerika ilə qonşudur." Ermənistan misalında bu deyimlərdən yola çıxaraq analiz etsək, görünən odur ki, erməni toplumu coğrafiyanı qoyub, uzaqdan görünən və ya iyi gələn "yaxşı həyatın" arxasınca getmək istəyir, amma bunun üçün regionda Rusiya dövlətinin hələ də mövcud olan imperiya maraqlı şovinist siyasətinin olduğunu nəzərə almır, xüsusən də, Ermənistanın Rusiyadan asılılığının dövlət quruluşu səviyyəsində olduğu bir halda. Ermənistanın bütün açar infrastruktur obyektlərinin, yəni dəmir yolları, enerji sistemləri, sərhəd və gömrük sistemlərinə nəzarət kimi dövlət əhəmiyyətli can damarlarının Rusiyanın əlində olduğu bir durum. Bura Rusiyanın Ermənistanda yerləşən 102-ci hərbi bazasını da əlavə etsək, mənzərə tam aydın olur.

Ermənistanın dünyaya baxışı görünən odur ki, idealist baxışdlr. O, hesab edir ki, günün birində Rusiyaya burdan çıx get deyəcək, Rusiya da tezliklə çıxıb gedəcək və onun yerinə Qərb gəlib Ermənistanda oturacaq. Rusiya burda olanda xoşbəxt olmayan Ermənistan Qərb gələndə xoşbəxt olacaq. Ermənistanı dövlət kimi yaradıb, içərisini erməni ilə dolduran Rusiya da buna sakit baxacaq. Məsələ onda deyildir ki, Rusiya və Qərb bir-biriləri ilə konflikt vəziyyətindədir və tutaq ki, Ukraynada bir-birilərinə qarşı cəbhə alıblar. Erməni toplumu məsələsində tək Rusiya və Qərb yox, müsəlman hesab edən İranla belə birlik ola bilirlər. Amma bu, o demək deyildir ki, Ermənistan onlardan birini atıb digərini tuta bilər. Ermənistan Türk dünyası ilə mübarizə məqsədi ilə yaradılıb. O, yalnız türklərə qarşı mübarizədə birlikdə istifadə edilə bilər. Onu yaradanlara qarşı mübarizədə yox. Görürük ki, Ermənistan guya İranın düşməni Amerika ilə hərbi təlim keçiririr, Qərbə inteqrasiyadan danışır İrandan səs çıxmır, amma Azərbaycan Zəngəzur dəhlizinin açılmasından bəhs edən kimi İran sərhəddə ordu yığır, Ermənistanın ərazi bütövlüyündən danışır. Nəticə olaraq xarakterik məsələ odur ki, Ermənistan hakimiyyəti ənənəvi rolunu, yəni Türk düşmənçiliyi və Türk dünyasına təzyiq, ayırmaq rolundan imtina etmək və onu yaradanların oyununda alət olmaqdan uzaqlaşmaq, idealist bir dövlət olmaq istəyir. Bunun üçün də, hətta, Qarabağdan da rəsmi şəkildə imtina edir. Təbii ki, öz xoşuna olsa idi bunu etməzdi. Azərbaycanın dəmir yumruğu onu bunu etməyə vadar etdi, amma bir maraqlı məsələ də odur ki, Ermənistanı idealist edən də bu "Dəmir yumruq" oldu. Başına yumruq dəyəndən sonra Ermənistanın başına yeni fikirlər gəldi".

Azər Qasımov deyir ki,  Paşinyan Qərbin dəstəyi ilə hakimiyyətə gəlsə də, bu, hələ onların Qərbə inteqrasiya edəcəyi anlamına gələ bilməzdi:

"O dövrdə Azərbaycan torpaqları hələ erməni işğalı altında idi və işğalçı bir dövlət demokratik cəmiyyət görünümündə Qərbə hansı məntiqlə inteqrasiya edə bilərdi? Eyni zamanda Paşinyanın işğal olunmuş torpaqları Azərbaycana qaytarmaq kimi bir istəyi də yox idi. Onun müharibəyə qədər etdiyi hərəkətlər hamının yaddaşındadır. "Qarabağ Ermənistandır nöqtə"- deməsindən tutmuş, Şuşada yallı gedib, çaxır içib, yerdə yatmasına kimi. Onları Qərbpərəst edən Azərbaycan əsgərinin dəmir yumruğu və təpikləri oldu. Bundan sonra Paşinyan hakimiyyətinin başında "demokratik cəmiyyətə inteqrasiya" hipetunuzları ilə calaq əmələ gəldi ki, onlar Ermənistanı əsrlərdir ayaqda tutan Rusiyaya təpik vurub, Amerikaya tərəf getməyi seçdilər. İndi bu təpiyi vuran Azərbaycanı erməni toplumu bir daha söyəcəklərmi, alqışlayacaqlarmı baxıb görəcəyik. Amma görünən odur ki, erməni toplumu siyasi baxımdan gerizəkalı olub, belə də qalacaq".

Azər Qasımov diqqətə şatdırıb ki, tarix ermənilərə doğru yolu bir neçə dəfə göstərib:

"Həm Türkiyədə, həm də Azərbaycanda. Osmanlı dövlətinin tərkibində əsrlərlə sakit və firavan yaşayan erməni toplumu, hansıki ona "milləti sadıka" deyilirdi, sonradan rus və Qərbin təhriki ilə türklərə qarşı çıxandan sonra bəlaları başladı. Azərbaycanda isə onlar on illərlə ən yaxşı işlərdə işləyib, normal yaşamışdılar sovet dövründə. Amma yenə də xəyanət yolunu tutdular. İndi erməni toplumu olmayan papağını qarşısına qoyub yaxşı fikirləşməlidir ki, nə edəcək. Ya əsrlərdir düşmənçilik etdiyi türklərə doğru gəlib, düşmənçilikdən əl çəkib, sakit yaşamalıdır, ya da Rusiya ilə Qərbin arasında qalıb əzilməli, yox olmalıdır. Amma burda bir yol da var. Erməni kimi düşünmək üçün erməni kimi fikirləşmək lazımdır. Lakin bu, qeyri ermənilər üçün mümkün deyil. Bunun üçün erməni olmaq lazımdır. Bizim də belə bir istəyimiz ola bilməz. Ona görə də erməni kimi düşünməyi elə ermənilərin özünə buraxırıq. Qoy erməni toplumu öz taleyi barədə özü düşünsün. Məhv olsa da özü olsun, normal həyata qovuşsa da özü qovuşsun, amma Türklərdən aralı dursun. Təbii ki, Türklərə tərəf gəlmək istəyi olsa, Türk milləti hər zaman böyüklüyünə uyğun olaraq onun qapısına gələnə yardım etməyi öz borcu hesab edib, tarixdə olduğu kimi. Amma bu sondur. Artıq hər kəs kimin kim olduğunu bilir. Erməni toplumuna son dəfə bir şans vermək müsəlman Türkünün xislətindəndir, amma əqrəb xislətini dəyişəcəkmi ona baxacağıq".

Süleyman İsmayılbəyli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31