Abdulkadir Emin Önen Türkiyə və Azərbaycan bağlarından danışdı
21 Sentyabr 2023 10:50 SiyasətQarabağın işğalı bizi üzdüyü kimi, həmin ərazilərin işğaldan azad edilməsi də bizi olduqca sevindirir.
Olaylar.az bildirir ki, bunu Asiya Parlament Assambleyası Sədrinin təmsilçisi və Assambleyada Türkiyə nümayəndə heyətinin rəhbəri Abdulkadir Emin Önen Assambleyanın "Sosial və mədəni məsələlər üzrə daimi komitənin" Bakıda keçirilən iclasında deyib.
O qeyd edib ki, Türkiyə və Azərbaycan unikal və xüsusi bağlarla bir-birinə bağlıdır.
"Reallığa nəzər salsaq, iki qardaş xalq olaraq biz bir-birmizi hər zaman dəstəkləyirik", - deyə o əlavə edib.
Qeyd edək ki, Bakıda Asiya Parlament Assambleyası (APA) Sosial və mədəni məsələlər üzrə daimi komitənin iclası keçirilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31