Terrorçulara başqa şans vermədik - Rufiz Hafizoğlu - VİDEO
21 Sentyabr 2023 10:08 SiyasətQarabağdakı qanunsuz silahlı birləşmələrin təslim olmadan başqa çıxış yolu yox idi.
Olaylar.az bildirir ki, bunu Trend BİA-nın baş direktorunun müavini Rufiz Hafizoğlu "Sky News Arabia" və Rusiyanın ərəb dilində yayınlanan RT telekanalına müsahibəsi zamanı deyib.
O bildirib ki, Azərbaycan antiterror tədbirlərinin dayandırması üçün öz şərtlərini açıqlamışdı.
"Nə Ermənistan ordusu, nə də Qarabağdakı qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan ordusuna qarşı mübarizə aparmaq iqtidarında deyil. Azərbaycan keçirdiyi lokal antiterror tədbirləri nəticəsində terrorçuları silahı yerə qoymağa məcbur etdi", - deyə o bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31