Zaxarova sülhməramlıların öldürülməsini şərh etdi
21 Sentyabr 2023 10:05 Siyasət"Vicdansızların sülhməramlıların fəaliyyətlərini şübhə altına alma cəhdləri və bu nankorluq onların şücaətlərinə kölgə salmayacaq, əksinə böhtançıların üzərinə əbədi rüsvayçılıq ləkəsi düşəcək".
Olaylar.az sfera.az-a istinadən bildirir ki, bunu sentyabrın 20-də Canyataq kəndi ərazisində Rusiya sülhməramlı kontingentinə məxsus avtomobilin atəşə tutulması nəticəsində rusiyalı hərbçilərin ölümünü şərh edən Rusiya xarici işlər nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
"Məhz Brüsselin və baş məsləhətçi - Parisin vasitəçiliyi ilə 2022-ci il oktyabrın 6-da Praqada keçirilən sammitdə Azərbaycan, Ermənistan, Fransa və Aİ liderlərinin dördtərəfli görüşünün yekunlarına dair Bəyanat qəbul edilib. Burada deyilir ki, Azərbaycan və Ermənistan BMT Nizamnaməsinə, bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanıyan 1991-ci il Alma-Ata Bəyannaməsinə sadiqliklərini bir daha təsdiqləyirlər. Yəni, Qarabağ Azərbaycanın tərkib hissəsidir", - Zaxarova vurğulayıb.
XİN rəsmisi bildirib ki, İrəvanın bu qərarı Qarabağ məsələsinin nizamlanmasında həlledici rol oynayıb.