Ceyhun Bayramov latviyalı həmkarı ilə Azərbaycanın sülh və antiterror tədbirlərini müzakirə edib
20 Sentyabr 2023 21:41 SiyasətAzərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Millətlər Təşkilatının (BMT) 78-ci Baş Assambleyası çərçivəsində latviyalı həmkarı Krisjanis Karins ilə görüşüb.
Olaylar.az xəbər verir ki, bu barədə C.Bayramov "X" hesabında məlumat yayıb.
Bildirilib ki, görüş zamanı Azərbaycan və Latviya arasında ikitərəfli və çoxtərəfli münasibətlər, o cümlədən Azərbaycanın sülh və antiterror tədbirlərindən sonra reinteqrasiya ilə bağlı növbəti addımları müzakirə edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31