Rəsmi Moskva Qarabağda sülhməramlıları güllələyənləri AÇIQLADI

Rəsmi Moskva sülhməramlıların öldürülməsində erməniləri və Ermənistan hakimiyyətini günahlandırıb.

Olaylar.az trend-ə istindən xəbər verir ki, Rusiya XİN-in sözçüsü Mariya Zaxarova ölən sülhməramlılarla bağlı paylaşımında baş verənlərdə əsas günahkar kimi Ermənistan hakimiyyətini gördüyünü qeyd edib.

Qeyd edək ki, bu gün axşam saatlarında Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti xidmət aparan Rusiya sülhməramlılarının olduğu avtomobil atəşə tutulub. Rusiya Müdafiə Nazirliyinin məlumatında bildirilib: "Sentyabrın 20-də Canyataq kəndi ərazisində Rusiya sülhməramlı kontingentinin müşahidə məntəqəsindən qayıdarkən rusiyalı hərbçilərinin olduğu avtomobil kiçik atıcı silahlardan atəşə tutulub. Atışma nəticəsində avtomobildə olan rusiyali hərbçilər həlak olub. Rusiya və Azərbaycan istintaq orqanlarının nümayəndələri hadisənin bütün hallarını aydınlaşdırmaq üçün yerində işləyirlər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31