Hiyləgərlik edib qanunsuz hərəkətlər etsələr cavabları daha ağır olacaq - ÖZƏL
20 Sentyabr 2023 14:38 Siyasət"Dövlət hakimiyyətimizin tələblərini terrorçu, separatçı ermənilər qəbul etməyə məcbur oldular. Düzgün addım atdılar. Azərbaycan da lokal anti-terror tədbirlərini dayandırdı. Sabah ermənilər Yevlaxda qapı arxasında ayaq üstə boynu bükük halda dayanacaqlar". "Olaylar" xəbər verir ki, bunu millət vəkili Musa Qasımlı deyib: " Ən rahat yol Azərbaycan qanunlarına tabe olub yaşamaqdır. Başqa niyyətlərə düşənlərin aqibəti indidən aydındır. Hiyləgərlik edib sonralar qanunsuz hərəkətlər etsələr alacaqları cavab daha ağır olacaq. Buna şübhə olmamalıdır. Amma maraqlıdır: Ermənistan, onu müdafiə edənlər yenə də deyəcəklərmi Azərbaycan ərazisində qanunsuz erməni silahlıları, terrorçular yoxdur? Bəs silah bə sursatı yerə qoyanlar, ərazimizdən çıxarılanlar kimlərdir? Özlərini dünya gücləri sayanlar niyə bu qədər simasızdırlar?"