AXCP, Musavat və REAL partiyası ölkədə yaranmış siyasi və milli birlikdən narahatdılar - ÖZƏL
20 Sentyabr 2023 13:55 Siyasət"Sevindirici haldır ki, 44 günlük Vətən müharibəsində olduğu kimi, bu dəfə də ölkədə fəaliyyət göstərən siyasi partiyalar Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevi dəstəklədiklərini və lokal xarakterli antiterror tədbirlərinin keçirilməsinə dəstək verdiklərini bəyan etdilər. Ölkədə fəaliyyət göstərən 23 siyasi partiya tərəfindən birgə Bəyanat qəbul olundu".
"OLAYLAR" xəbər verir ki, bu fikirləri politoloq Yusif Bağırzadə səsləndirib. O təəssüf hissi ilə qeyd edib ki, radikal müxalifət təmsilçiləri olan üç siyasi partiya yenə də öz iç üzlərini nümayiş etdirərək müvafiq bəyanata imza atmaqdan imtina etdilər:
"Görünən odur ki, AXCP, Musavat və REAL partiyası ölkədə yaranmış siyasi və milli birlikdən narahatdılar. Hakimiyyətin siyasi dialoqla bağlı bütün jestlərinə rəğmən öz xain mövqe və məkrli niyyətlərinə sadiq qalmış bu "trio" bəyanata imza atmaqdan imtina etməklə təkcə milli birliyə qarşı olduqlarını deyil, həm də ərazilərimizdə separatçı rejimin qalmasında maraqlı olan ayrı-ayrı beynəlxaq qüvvələrə həmrəy olduqlarını, öz xain xislətlərini nümayiş etdirmiş oldular".