Azərbaycanın antiterror tədbirləri keçirməsi kifayət qədər hüquqi əsaslıdır - ÖZƏL
20 Sentyabr 2023 12:39 Siyasət"Son bir neçə ayda Azərbaycanın Qarabağ bölgəsindəki Ermənistan silahlı qüvvələrinin birləşmələri tərəfindən Ordumuzun mövqelərinin müxtəlif çaplı silahlardan sistemli şəkildə atəşə tutulması, ərazilərimizin minalanmasının davam etdirilməsi, döyüş mövqelərinin mühəndis cəhətdən təkmilləşdirilməsi, eləcə də səngər və sığınacaqların sayının artırılması gərginliyin artmasına səbəb olub. Bu baxımdan Azərbaycanın bölgədə lokal xarakterli antiterror tədbirləri keçirməsi kifayət qədər hüquqi əsaslıdır".
"OLAYLAR" xəbər verir ki, bu fikirləri Qarabağ müharibəsi veteranı Akif Rəfiyev səsləndirib. O bildirib ki, Ermənistanın 2020-ci ildə imzalanan üçtərəfli bəyanatla üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsi bu antiterror tədbirləri üçün əsl səbəblərdəndir:
"10 noyabr razılaşmasının 4-cü bəndi hələ də icra edilməyib. Razılaşmanın müvafiq bəndində göstərilir ki, Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin geri çəkilməsinə paralel olaraq yerləşdirilir. Amma rusiyalı sülhməramlıların fəaliyyət müddətinin bitməsinə az zaman qalmasına baxmayaraq, hələ də erməni silahlıları Azərbaycan torpaqlarını tərk etməyiblər".
Natiq qeyd edib ki, eyni zamanda, ərazilərimizdə həyata keçirilən ekoloji terror, sərvətlərin talan edilməsi antiterror tədbirləri üçün mühüm əsaslar yaratdı.