Ermənistanda aksiyaya görə 16 nəfər saxlanıldı

Ermənistanda etiraz aksiyalarında 16 nəfər tutulub.

Olaylar.az xəbər verir ki, 11 nəfər hökumət binasının qarşısında, 5 nəfər isə Rusiyanın İrəvandakı səfirliyinin qarşısında saxlanılıb.

Qeyd edək ki, dünən İrəvanda hökümət binasının qarşısında etiraz aksiyası keçirilib. Hökumət evinin qarşısında çadır quran etirazçılar Paşinyan istefa verənə qədər orada qalacaqlarını deyiblər.

Bundan başqa, etirazçılar Rusiyanın İrəvandakı səfirliyinin qarşısında da toplaşaraq səfirliyin girişini bloklayıblar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31