Silahlı Qüvvələrimiz Xankəndi şəhərinə atəş açmır - MN

Ermənistanın bəzi sosial media hesablarında guya Silahlı Qüvvələrimiz tərəfindən yenidən Xankəndi şəhərinə atəş açılması barədə yayılan məlumatlar həqiqəti əks etdirmir və dezinformasiya məqsədi daşıyır.

Olaylar.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

"Yayılan bu məlumatı qəti surətdə təkzib edirik. Bir daha bildiririk ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin bölmələri yalnız legitim hərbi obyektləri və hərbi infrastrukturu yüksək dəqiqliyə malik silahlarla hədəfə alır və sıradan çıxarır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31