Separatizmə qarşı istənilən addım alqışlanmalıdır - ÖZƏL

"Azərbaycan 200 illik tarixi olan və SSRİ-nin miras qoyduğu ləkəli irsi təmizləyir. O miras ki, Azərbaycana xeyli bəlalar gətirib, insanlarımız yurd yerlərindən köçkün düşüb, ağır ictimai-siyasi, iqtisadi-sosial böhranlar yaradıb". "Olaylar" xəbər verir ki, bunu deyən siyasi şərhçi Akşin Kərimovun sözlərinə görə,  separatizm, işğalçılıq regionun problemidir, buna qarşı istənilən addım alqışlanmalıdır, təqdir olunmalıdr: "Yox, müxtəlif bəhanələrlə Azərbaycan əleyhinə separatizmə, Ermənistanın hələ də mövcud olan işğalçılıq siyasətinə, bunu xaricdən körükləyən dairələrə dəstək vermək, bunu başqa-başqa epitetlərlə pərdələmək sadəcə olaraq mənəvi tənəzzülün göstəricisidir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31