Azərbaycan 10 noyabr Bəyannaməsini özü icra etməli oldu - ÖZƏL
20 Sentyabr 2023 10:28 Siyasət"Azərbaycan ordusunun Qarabağda keçirdiyi anti-terror əməliyyatı daxili işidir və heç bir ölkə buna qarışa bilməz". "Olaylar" xəbər verir ki, bunu deyən Milli Cəbhə Partiyası sədrinin müavini Məhəmməd Əsədullazadənin sözlərinə görə, bununla da 10 noyabr Birgə Bəyannamənin 4-cü bəndini Azərbaycan özü icra etməli oldu: "Azərbaycan ərazisində "Boz zona" ola bilməz və Azərbaycan konstitusiya quruluşunu Xankəndi və ətrafında tətbiq edəcək. Bundan sonra, heç bir silahlı erməni birləşməsi Azərbaycan ərazisində qala bilməz. Azərbaycan anti-terror əməliyyatını keçirməklə, Ermənistanın 30 il ərzində apardığı separatçıları dəstəkləmək siyasətini də fiaskoya uğradır. Xankəndində Azərbaycanın üç rəngli bayrağı dalğalanacaq. Prezident İlham Əliyevin apardığı bu siyasət stratejidir. Ermənistanın ikinci dövlət qurmaq cəhdləri iflasa uğradı".