Artıq son sözü Bakı deyəcək - ÖZƏL
20 Sentyabr 2023 10:11 Siyasət"Blinken Bakıdan antiterror tədbirlərin dayandırılmasını istəyib. Əliyev də ona başa salıb ki, tədbirlər yalnız terrorçular təslim olduğu və tərki-silah edildiyi halda dayandırılacaq". "Olaylar" xəbər verir ki, bunu siyasi şərhçi Asif Nərimanlı deyib: "Azərbaycan dəfələrlə separatçılara reiteqrasiya prosesini müzakirə etmək, mövcud reallığı qəbul edərək, özlərini buraxmaq çağırışı edib, lakin buna əməl etməyiblər. Bakıdan dayanmağını istəyənlər də bu istiqamətdə heç bir addım atmayıb. Problemi həll etmək üçün Azərbaycan əsgəri yenə kazarmalardan çıxmalı oldu. Artıq son sözü nə Vaşinqton, nə də digərləri yox, Bakı deyəcək".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31