Etnik ermənilərə hər hansı mustəsna hüquq verilməyəcək - ÖZƏL

"Qarabağda etnik ermənilərə bundan sonra qəti şəkildə hər hansı bir mustəsna hüquq və təhlükəsizlik verilməyəcək". "Olaylar" xəbər verir ki, bunu deyən oilitoloq Məhəmməd Əsədullazadənin sözlərinə görə, separatçılar silahı yerə qoymur və müqavimət göstərirlər. Bununla da Qarabağda yaşamaq hüquqlarının üstündən xətt çəkirlər: "Azərbaycan xalqına o qədər böyük nifrət və düşmən münasibəti bəsləyirlər ki, bilirlər son günləridi, yenə də dayanmaq istəmirlər. Şərtlə danışırlar. Qarabağda bundan sonra, silahlı erməni qalmamalı və tam bu ərazilər silahsızlaşdırılmalıdır. Azərbaycan Xankəndi, Ağdərə, Xocalı və  Xocavəndə nəzarəti bərpa edəcək".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31