Rusiya sülhməramlı kontingentinə məxsus mövqeyin atəşə tutulması yalandır - Müdafiə Nazirliyi
20 Sentyabr 2023 01:49 SiyasətErmənistanın bəzi sosial media hesablarında guya Silahlı Qüvvələrimiz tərəfindən Rusiya sülhməramlı kontingentinə məxsus mövqeyin atəşə tutulması barədə yayılan məlumatlar tamamilə yalandır, dezinformasiya xarakteri daşıyır.
Olaylar.az xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.
"Yayılan bu məlumatı qəti surətdə təkzib edirik", - məlumatda deyilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31