Azərbaycan və Türkiyənin müdafiə nazirləri arasında telefon danışığı oldu
19 Sentyabr 2023 15:06 SiyasətSentyabrın 19-da Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ilə Türkiyə Respublikasının milli müdafiə naziri cənab Yaşar Güler arasında telefon danışığı olub.
General-polkovnik Z.Həsənov Azərbaycanın Qarabağ bölgəsində keçirilən lokal xarakterli antiterror tədbirləri barədə həmkarını məlumatlandırıb.
Cənab Y.Güler Türkiyənin hər zaman olduğu kimi, bu gün də Azərbaycanın yanında olduğunu bildirib.
Olaylar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31