Terrorçulara anladıqları dildə cavab veriləcək - Deputat
19 Sentyabr 2023 14:09 Siyasət"Erməni terrorunun qurbanı olmuş Daxili İşlər Nazirliyinin və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşlarına Allahdan rəhmət diləyirəm. Ailələrinə, qohumlarına və yaxınlarına başsağlığı verirəm. Bu dəfə istər uzaqdan, istərsə də yaxından olsun, Qarabağdakı terrorçuları və qanunsuz silahlı dəstələri heç bir güc müdafiə edə bilməyəcək". "Olaylar" xəbər verir ki, bunu millət vəkli Musa Qasımlı deyib: "Terrorçulara anladıqları dildə cavab veriləcək. Tör-töküntüləri süpürülüb ərazilərimizdən tarixin zibilliyinə atılacaq, bayrağımız hər yerdə əbədi dalğalanacaq. Erməni terroruna qurban getmiş vətən oğullarının qanı yerdə qalmayacaq".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31