“Mən dövlətimə inanıram, şəhidlərimizin qanı yerdə qalmayacaq” - Deputat
19 Sentyabr 2023 13:56 Siyasət"Əhmədbəyli-Füzuli-Şuşa yolunun Xocavənd rayonundan keçən 58-ci kilometrliyində hay terrorçularının yerləşdirdiyi tank əleyhinə minaya düşüb şəhid olan Daxili İşlər Nazirliyi və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi əməkdaşlarının doğmalarına səbr diləyirəm!" "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili Sahib Alıyevin sözlərinə görə, hamımız bu xəbərdən sarsılmışıq: "Mən dövlətimə inanıram, şəhidlərimizin qanı yerdə qalmayacaq. Rusiyanın Qarabağdakı MÜVƏQQƏTİ hərbi kontingenti terroru törədən, proksi gözündə gördükləri bu təxribat-diversiya qrupunun üzvlərini istəsə də, qoruya bilməyəcək, onlar bir-bir təsbit edilərək zərərsizləşdiriləcəklər!"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31