İrəvan Zəngəzur dəhlizini açmalı olacaq - Rusiyadan REAKSİYA
18 Sentyabr 2023 22:42 Siyasətİrəvan istənilən ssenaridə Zəngəzur dəhlizini açmalı olacaq.
Olaylar.az sfera.az-a istinadən xəbər verir ki, bu barədə Xəzər Strateji Araşdırmalar İnstitutunun baş direktoru İqor Korotçenko sosial şəbəkə hesabında yazıb.
"Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından çıxan Ermənistan Azərbaycanla Türkiyə arasında məngənədə sıxılmış qoza bənzəyəcək: bir az daha təsir göstərdikdə partlayacaq. Ermənistan NATO-ya qəbul edilməyəcək, Türkiyə bloka salacaq. İstənilən ssenaridə İrəvan Zəngəzur dəhlizini açmalı olacaq", - rusiyalı ekspert yazıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31