"Seçki ermənilər üçün hansısa saxta təxribat ideyanı qızışdırmaq üçün vasitədi - ÖZƏL
14 Sentyabr 2023 14:22 Siyasət""Harada çörək varsa, ora vətəndir" kimi atalar sözü var erməni xalqının. Ermənilər konkret olaraq Qərbi Azərbaycan ərazisində çörək tapdılar. Ancaq, özünü lider hesab edən təxribatçılar çörək tapa bilmədilər. Bir müddət onlar Azərbaycan torpaqlarında çörək tapa bildilər".
Bu sözləri "Olaylar"-a Azərbaycan Respublikası Milli Məclisinin deputatı, filologiya elmləri doktoru, professor Nizami Cəfərov deyib:
"Müstəqillik illərində Azərbaycanın ordusu, prezidenti, xalqı imkan vermədi ki, torpaqlarımızda erməni vəhşiliyi həyata keçirilsin. Ona görə də hələ bu dırnaqarası Ermənistan liderlərinin hikkələri, iddiaları davam edir. Baxmayaraq ki, onlar Azərbaycan tərəfindən cəzalandırılıb və cəzalandırılmağa davam edəcək. Ermənistan seçki keçirə bilməz. Çünki, saxta dövlətdir. Ermənistan dövləti və cəmiyyəti təbii tarixi prosesin nəticəsi deyil. Provokasiyalar, dünyanın güclü dövlətlərindən sui-istifadə nəticəsində yaranan dövlətdir. Düşünülüb ki, Ermənistan qoy mənim sərhəddimdə olsun və hər hansı toqquşma olarsa, birinci zərbə ona dəysin. Ona görə Ermənistan bu coğrafiyada yer alıb. Bu da Ermənistanın provokasiyalarına qarşı himayədarlarının reaksiyasıdır. Bunu Ermənistan bilir, ancaq, başqa yolları yoxdur. Erməni "liderlərinin" xalqla əlaqəsi qətiyyən yoxdur. Bəzən xalq tamamilə yaddan çıxır. Erməni xalqının içərisindən yeni liderlər çıxıb, xalqı istədikləri yerə sürükləyirlər. Həmişə tarixdən danışırlar. Bunun necə uydurma olduğu hər birimizə məlumdur. Seçki ermənilər üçün nəyəsə cəhd etmək, hansısa saxta provokasiya ideyanı qızışdırmaq üçün vasitədir. Onlar üçün seçki stabillik , dövlət qurmaq , cəmiyyəti qaydaya salmaq üçün deyil. Ermənilərə çörək lazımdır. Ancaq, bu onların xüsusiyyətidir. Heç zaman yardımı qiymətləndirməyiblər. Birinci Pyotrdan onlar üçün dövlət yaratmağı xahiş etmişdilər. Pyotr onlara dövlət yaratsa da, sonrakılara da gözlərini onların üzərindən çəkməməyi tapşırmışdı.
Azərbaycan isə Ermənistanı öz yerində oturtdu. Bu, təkcə bizim yox, bütün dünyanın naliyyətidir. Ermənilər göstərişsiz hərəkət edə bilmir. İndi yeni şərtləri qəbul etsələr, dövlətləri dövlət, cəmiyyətləri cəmiyyət olacaq. Etməslər, prezidentimizin də dediyi kimi burada belə bir dövlət və xalq olmayacaq".