Türkiyə MN: Ermənistan Azərbaycanla sərhəddə səngərlər qazır, istehkamlar inşa edir
14 Sentyabr 2023 13:42 SiyasətZəngəzur dəhlizinin açılması böyük əhəmiyyət kəsb edir.
Olaylar.az Milli.az-a istinadən məlumatına görə, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi açıqlama verib.
"Ermənistan Azərbaycanla sərhəddə təkcə atəşkəsi pozmur, həm də səngərlər qazır, istehkamlar tikir. Ermənistan törətdiyi təxribatları bir kənara qoyub sülh danışıqlarına və əməkdaşlığa diqqət etməlidir.
Regional sülh və sabitliyə aparan yol hərtərəfli sülh sazişinin imzalanmasından keçir", - deyə nazirlikdən bildirilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31