Uğurlu siyasət kursu Azərbaycana yeni nailiyyətlər qazandırır - ÖZƏL

"Ölkənin qarşısında bu gün işğaldan azad edilmiş ərazilərinin yenidən qurulması və inkişaf etdirilməsi, məcburi köçkünlərin geri qaytarılması və məskunlaşdırılması, mədəni-tarixi irsinin qorunması və bərpası kimi məsələlər durur". "OLAYLAR" xəbər verir ki, bu fikirləri səsləndirən ictimai fəal Coşqun Hüseynli deyir ki, bu gün Azərbaycan Respublikasının Prezidentinin başçılığı ilə bütün bu işlər uğurla həyata keçirilir:

"Bu məqsədlərə nail olmaq üçün təkcə dövlətin və institutlarının səyləri deyil, həm də vətəndaş cəmiyyətinin fəal iştirakı və töhfəsi də lazımdır". 

O qeyd edib ki, Azərbaycan dövləti və prezidentinin həyata keçirdiyi uğurlu daxili və xarici siyasət kursu ölkəmizin qarşısında duran bütün əngəllərin aradan qaldırılmasına imkan verir:

"Məhz uğurlu siyasət kursu Azərbaycana yeni nailiyyətlər qazandırır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31