Putin-Ərdoğan görüşündə "taxıl dəhlizi"nin açılmasına nail olunacaq - ÖZƏL

"Avqust ayının sonuna planlaşdırılan Putin-Ərdoğan görüşünün mövcud olan gərgin geosiyasi durumda keçiriləcəyi həll edilməsi vacib olan məsələlər baxımından əhəmiyyətli olacaq. Taxıl dəhlizi, Suriya, Ukrayna məsələləri və Azərbaycan-Ermənistan arasında Zəngəzur dəhlizinin açılmasının müzakirəsi ediləcəyi qeyd edilir".

Bu fikirləri "OLAYLAR"-a səsləndirən politoloq Azər Qasımov deyib ki, görüş tərəflər arasında bir sıra narazılıq yaradan məsələlər fonunda baş tutacaq:

"Rusiyanın "taxıl dəhluzi"ni bağlaması, Türkiyənin Ukraynanın "Azov" batalyonu komandirlərini razılaşmaya zidd olaraq Ukraynaya təhvil verməsi, Suriyada mövcud olan gərgin durum və Azərbaycanın Qarabağ iqtisadi rayonunun ermənilər yaşayan bölgəsindəki mövcud durumun kəskinləşməsi fonunda keçiriləcək. 

Qarşılıqlı olaraq tərəflər bir-birilərinə kəskin ritorika işlətməkdən çəkiniblər və həmişəki kimi münasibətlərin aydınlaşdırılmasını Putin və Ərdoğanın bilavasitə görüşünə saxlayıblar. Hesab etmək olar ki, görüş konstruktiv məcrada keçiriləcək və ən əsas "taxıl dəhlizi"nin açılmasına nail olunacaq".

Azər Qasımov deyib ki, Zəngəzur dəhlizinin açılması məsələsinin müzakirə olunmasının ciddi nəticə verəcəyi şübhə altındadır:

"Bu məsələnin hələlik nəticə verməsi üçün zaman yetişməyib".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31