Azərbaycan tarixi Zəfəri ilə yeni reallıqlar yaratdı - ÖZƏL
7 Avqust 2023 15:01 Siyasət"Azərbaycan qarşı tərəfə sülh müqaviləsinin imzalanmasını təklif edərkən onun masa üzərində uzun müddət qala bilməyəcəyini də bəyan etmişdi. Təbii ki, hazırkı Azərbaycan işğal dövrünün Azərbaycanı deyil". "Olaylar" xəbər verir ki, bunu deyən YAP Tovuz rayon təşkilatının sədri Nihad Pənahovun sözlərinə hörə, bugünkü Azərbaycan tarixi Zəfəri ilə yeni reallıqlar yaradan Azərbaycandır: "44 günlük İkinci Qarabağ müharibəsi ermənilərin illərdir yaratdığı mifləri dağıtdı. Erməni ordusunu ən güclü ordu, erməni xalqını məğlubedilməz xalq kimi təqdim edən ermənilər və onlara illərdir havadarlıq edən dövlətlər həqiqəti qəbul etmək məcburiyyətində qaldılar. Həqiqət bundan ibarətdir ki, ən güclü ordu Azərbaycan Ordusudur. Azərbaycan xalqı hər zaman yenilməzliyi, məğrurluğu, tarixinə sahib çıxa xalq olması ilə diqqətdə olub. 44 günlük İkinci Qarabağ müharibəsi bunu bir daha sübut etdi".