Bəzi dövlətlər ermənipərəst mövqelərini gizlədə bilmirlər - ÖZƏL
7 Avqust 2023 14:42 Siyasət"Azərbaycan sülh tərəfdarı olduğu üçün istər 30 illik işğal dövründə, istərsə də postmünaqişə mərhələsində qarşıya qoyulan hədəfə nail olmaq üçün səylərin birləşdirilməsini vacib amil kimi dəyərləndirir". "Olaylar" xəbər verir ki, bunu deyən YAP Salyan rayon təşkilatının sədri Elmar Əhmədovun sözlərinə görə, bu reallıq inkaredilməzdir ki, İkinci Qarabağ müharibəsi dövründə və müharibədən sonra Ermənistana yaxınlığı ilə seçilən ölkələr ermənipərəst mövqeyini gizlədə bilmədilər: "Bu, Azərbaycanın o ölkələrlə münasibətlərinin müəyyən dərəcədə gərginləşməsinə gətirib çıxarmışdır. Dövlət başçısı İlham Əliyevin müsahibələrində, o cümlədən 49 ölkədən 150 xarici media nümayəndəsini bir araya gətirən Şuşa Qlobal Media Forumunda çıxışı zamanı qeyd etdiyi kimi, ancaq bu, o demək deyil ki, bu, əbədi belə olacaq. Bu mərhələ də başa çatacaq, yeni mərhələ açılacaq və əsas odur ki, sənin gündəliyin olsun".