Sahibə Qafarova Mustafa Şentopa məktub ünvanlayıb

Milli Məclisin sədri Sahibə Qafarova Türkiyə Böyük Millət Məclisinin 29-cu sədri Mustafa Şentopa məktub ünvanlayıb. "Olaylar" xəbər verir ki, Spiker, məktubda Mustafa ŞentopunTBMM-in sədri kimi fəaliyyətidövründəqardaş ölkə parlamentinin əldə etdiyi uğurları qeyd edərək, bu dövrdəqardaş ölkələrimizin ali qanunvericilik orqanları arasındakı əlaqələrin daha da inkişaf etdiyini vəkeyfiyyətcə yeni səviyyəyə çatdığını vurğulayıb.

Qeyd edək ki, bu gün Milli Məclisin sədri Sahibə Qafarovanın Mustafa Şentopla telefon danışığı da olub.Telefon danışığında Sahibə QafarovaMustafa Şentopun TBMM-in sədri kimi fəaliyyəti dövründə parlamentlərarası əlaqələrin inkişafına verdiyi töhfəyə görə bir daha təşəkkür edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Mustafa Şentop öz növbəsində Türkiyə parlamentinin sədri kimi fəaliyyətinə verilən yüksək dəyərə görə Sahibə Qafarovaya dərin minnətdarlığını bildirib. O, bundan sonrakı fəaliyyəti dövründə də dost və qardaş xalqlarımız arasındakı münasibətlərin daha da dərinləşməsinə çalışacağını ifadə edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31