Demokratiya cəmiyyətin həyatının bir hissəsidir - ÖZƏL
8 İyun 2023 15:50 Siyasət"Biz, demokratiyanı cəmiyyətin həyatının bir hissəsi, onun üzvlərinin təfəkkür tərzi, cəmiyyət daxilində onun bütün üzvləri arasında qarşılıqlı əlaqənin forması kimi qəbul edirik".
"OLAYLAR" xəbər verir ki, bu fikirləri səsləndirən hüquqşünas Əli İbrahimov deyib ki, demokratiya hər bir xalqın öz inkişafının strategiyası və yolunu müəyyən etməkdən ibarət suveren seçimdir: "Xalqın rifahı uğrunda, onun dolğun həyatı naminə demokratik təsisatların mövcud olmasının və fəaliyyət göstərməsinin zəruriliyini vurğulayır, eyni zamanda, onlardan xarici məqsəd və vəzifələr naminə istifadə niyyətlərini qəti şəkildə pisləyirik. Bu baxımdan, demokratiyanı məhz Azərbaycan cəmiyyətinin məhsulu kimi görür və kənardan qeyri-təkamül yolu ilə yeridilən modelləri inkar edirik. Bu yolda bizim dəyərlərimizin açıq cəmiyyət, milli inkişafa uyğun demokratik transformasiya və liberal iqtisadiyyat olduğunu bildiririk".