Azərbaycanda sərhəd infrastrukturunun təkmilləşdirilməsi üçün zəruri tədbirlər görülür - Elçin Quliyev
8 İyun 2023 13:28 SiyasətSərhəd infrastrukturunun təkmilləşdirilməsi, şəxsi heyətin sosial müdafiəsinin yaxşılaşdırılması üçün zəruri tədbirlər görülür.
Olaylar.az Trend-ə istinadən bildirir ki, bunu cümə axşamı Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev Müstəqil Dövlətlər Birliyinin (MDB) Sərhəd Qoşunlarının Komandanları Şurasının Bakıda keçirilən 86-cı iclasında deyib.
O qeyd edib ki, sərhəd təhlükəsizliyinin təmin edilməsi məsələləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xüsusi diqqətindədir.
Elçin Quliyevin sözlərinə görə, işğaldan azad olunmuş ərazilərdə sərhədboyu infrastrukturun yaradılmasına xüsusi diqqət yetirilir.
"Ölkənin ərazi bütövlüyü bərpa olunduqdan sonra dövlət sərhədinin işğaldan azad olunmuş sahələrində xidməti-döyüş fəaliyyətinin təşkili üzrə lazımi tədbirlər görülüb. Qubadlı əlahiddə sərhəd diviziyası, çevik reaksiya qüvvələri briqadalarıvə müxtəlif hərbi hissələr yaradılıb", - deyə o əlavə edib.