Ermənilər Gürcüstana da arxadan zərbə vuracaqlar - ÖZƏL
8 İyun 2023 13:19 Siyasət"Ermənistan Respublikasının torpaqlarımıza hərbi təcavüzü nəticəsində, işğalda saxladıqları əraziləri xarabalığa çevirməklə, infrastrukturunu məhv etməklə yanaşı, minlərlə azərbaycanlını qətlə yetirilib, minlərlə insanımız və soydaşımız yaralanıb və əlil olub. Qaçqın-köçkün vəziyyətinə düşən bir milyondan artıq azərbaycanlı Ermənistanın etnik təmizləmə və soyqırımı siyasətinin qurbanı kimi elementar insan haqlarından məhrum edilmişdir". "Olaylar" xəbər verir ki, bunu deyən Milli Cəbhə Partiyası sədrinin birinci müavini Rafiq Daşdəmirlinin sözlərinə görə, erməni separatizmi və işğalçılıq siyasətinin həqiqi üzünü görmək üçün hər şeydən əvvəl dünyanın müxtəlif regionlarında yerləşən və qanlı aksiyalar törətmiş terror təşkilatlarına yaxından yardım edən diasporun fəaliyyətini yaddan çıxarmamaq lazımdır: "Avropa ölkələri arasında ən çox erməninin yaşadığı ölkə Fransa və Yunanıstanı da nəzərdən qaçırmaq olmaz. Bu sıraya son zamanlar Gürcüstanı da əlavə etsək, görərik ki, Fransadan başqa, digər ölkələrdən demək olar ki, heç birində erməni diasporu və lobbiləri, habelə müxtəlif erməni dərnək və cəmiyyətlərinin hərəkət və fəaliyyətləri rəsmi dövlət və hökumət səviyyəsində rəğbət görmür və dəstəklənmir. Amma çox təəssüflə bildirmək istəyirəm ki, bizə yaxın dost olan Gürcüstanda vəziyyət heç də ürəkaçan deyildir. Belə ki, Gürcüstanda ermənilərin geniş miqyasda təşkilatlanması görünməkdədir. 44 günlük Vətən müharibəsində Gürcüstan rəsmilərinin bizə göstərdikləri sayğını unutmadıq və unutmayacağıq. Amma nəzərə alsaq ki, ermənilər və Ermənistan hər zaman gürcülərə və Gürcüstana xəyanət ediblər, onları arxadan vurublar. Ermənilər Cənubi Qafqazda aboregen olmayıblar, heç zaman daimi yaşamayıblar.Bu bədbəxtlərin dövləti olmayıb, daim digər dövlətlərin hakimiyyəti altında yaşayıblar və yaşadıqları ölkəyə qarşı hər zaman xəyanət ediblər.Necə ki, zaman-zaman Gürcüstan və Azərbaycana torpaq iddiası qaldıraraq xəyanətlər göstəriblər. Onlar bununla kifayətlənməyərək, gələcəkdə imperiya yaratmaq məqsədi ilə hökümət orqanlarının bütün sahələrini yavaş -yavaş öz nəzarətinə almağa çalışırlar. Böyük Ermənistan xülyası ilə yaşayan ermənilər günümüzdə Gürcüstanda təşkilatlanaraq xeyli iş görüblər. Bu Gürcüstanda yüksək vəzifələr tutan erməni vəzifələrinin əli ilə, hansı ki, onlar öz soyadlarını gürcüləşdiriblər, xeyli irəli gedərək vəzifələrdə oturaraq öz çirkin əməllərini yerinə yetirirlər. Ermənilər öz təşkilatlarının əli ilə azərbaycanlıların tarixi yurdu olan Borçalıdan sıxışdırmağa çalışırlar. Axır nail ola bildilər ki, bir gecənin içində qədimi yurd və kənd adlarımızın adlarını dəyişdirdilər.Nəzərə alaq ki, Gürcüstanın dövlət müstəqilliyinə başlıca təhdid erməni diaspora təşkilatları və antigürcü fəaliyyətindən yaranır. Ona görə də Gürcüstanda yaşayan gürcülərlə azərbaycanlıların arasında olan bəzi narazılıqlar bu təşkilatların bizlərə qarşı apardıqları siyasətin nəticəsidir. Reallıqlar onu göstərir ki, əlverişli imkan yaranan kimi ermənilər hakimiyyətdə oturan erməni əsilli gürcüləşmiş ermənilərlərlə birlikdə Gürcüstana arxadan zərbə vuracaqlar".