Azərbaycan sərhədlərinin təhlükəsizliyi ən yüksək səviyyədə təmin edilir - Prezidentin köməkçisi
8 İyun 2023 12:52 SiyasətSon illərdə sərhəd təhlükəsizliyinə təhdidlərin müəyyən transformasiyasını, sərhəd cinayətkarlığının yeni növ və formalarının meydana çıxdığını, coğrafiyasının genişləndiyini müşahidə edirik ki, bu da öz növbəsində sərhəd təhlükəsizliyinin təmin olunması üzrə yeni yanaşma və həllərin tətbiq edilməsinin aktuallığını şərtləndirir.
Olaylar.az bildirir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi − Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri Məhərrəm Əliyev Müstəqil Dövlətlər Birliyinin (MDB) Sərhəd Qoşunlarının Komandanları Şurasının Bakıda keçirilən 86-cı iclasında deyib.
Bununla əlaqədar olaraq sərhəd təhlükəsizliyinin təmin olunması məsələləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xüsusi diqqəti altındadır. Son 20 il ərzində dövlət başçısı qırx dəfədən artıq Dövlət Sərhəd Xidmətinin hərbi hissələrinə səfər edərək bölmələrdəki vəziyyətlə şəxsən tanış olub", - o deyib.