Biz İsrail ilə münasibətlərimizi yüksək səviyyədə tutmağa davam edirik, edəcəyik də - ÖZƏL

"Azərbaycan-İsrail münasibətləri olduqca geniş bir məsələdir. Çünki bu tək bir istiqaməti, tək sahəni əhatə etmir". 

Bunu Olaylar.az-a açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.

"Həqiqətən də, bizim iki müstəqil dövlətimizin arasındakı münasibətlər olduqca yüksək səviyyədədir. Yəni, yüksəklikdən savayı da bilirsiniz ki, İsrail Azərbaycanın strateji tərəfdaşıdır. Yəni bu dövlət bütün platformada Azərbaycan üçün mümkün dəstəyi əsirgəmir. İstər İsrailin özündə, istər qlobal platformalarda biz həmişə İsrailin və yəhudilərin dəstəyini görmüşük və görməyə də davam edirik. Özəlliklə də 44 günlük Vətən müharibəsi günlərində İsrailin Azərbaycana dəstəyi heç kimə sirr deyil. Yəni təbii ki, onlar gəlib bizim yerimizə döyüşməyiblər. Amma ümumilikdə götürəndə həm siyasi, həm də mənəvi dəstək baxımından İsraili yanımızda gördük və təsadüfi də deyildi ki, Azərbaycan xalqı məhz buna görə İsrailə minnətdardır.
Digər tərəfdən də bilirsiniz ki, İsrail yeni, yüksək, çağdaş texnologiyaları ən yüksək səviyyədə öyrənən, tətbiq edən elm ölkəsidir. O baxımdan da Azərbaycan ilə İsrail arasında çox geniş münasibətlər, əlaqələr şəbəkəsi var. Azərbaycan da məhz çağdaşlığa, inkişafa meyilli dövlət olması baxımından İsraillə bu yöndə çox ciddi əməkdaşlıq edir. Yəni bizim dövlət olaraq xarakterimiz İsrailin dövlət olaraq xarakteri ilə üst-üstə düşür. Azərbaycan da, İsrail də dünyəvi dövlətlərdir. Elmə, biliyə üstünlük verirlər. Üstəlik də hər iki dövlət bir-birinə münasibətdə çox yüksək səviyyədə yaxınlaşmaya meyillidirlər. Əlbəttə ki, istər prezidentlər səviyyəsində, istərsə də bütövlükdə dövlətlər səviyyəsində bizim münasibətlərimiz çox yüksək səviyyədədir. Bu da bir qayda olaraq əsasən, İranı və onun dostlarını çox narahat edir. Hərçənd, dostları da o qədər də çox deyil. Eyni zamanda da, Azərbaycanın inkişafından narahat olan Ermənistan, Rusiya kimi dövlətləri narahat edir. Amma bunlara baxmayaraq, biz İsrail ilə münasibətlərimizi yüksək səviyyədə tutmağa davam edirik, edəcəyik də".

 
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31