"Azərbaycan MDB məkanında siyasi arxitekturanın dizaynında iştirak edən dövlətə çevrilib" - ÖZƏL

"Azərbaycan Prezidenti Putinin dəvəti ilə  Ali Avrasiya İqtisadi Şurasının iclasına qonaq statusunda səfər etmişdi.

Bu, Azərbaycana və onun prezidentinə olan hörmətin əlamətidir. Hazırda  Azərbaycan təkcə Cənubi Qafqazda deyil, MDB məkanında siyasi arxitekturanın dizaynında iştirak edən dövlətə çevrilib. Azərbaycan Prezidenti peşəkar siyasətçidir". 

Olaylar.az xəbər verir ki, bu sözləri politoloq Cümşüd Nuriyev deyib:

"Həmin məclisdə Paşinyanın hərəkətləri onu göstərdi ki, o, nəinki siyasətdən uzaqdı, ən başdan siyasətin əlifbasını öyrənməlidir. Prezident İlham Əliyev Paşinyanın çıxışlarını real arqumentlərlə puç etdi. Bəziləri başa düşməlidir ki, İlham Əliyevlə Paşinyan müxtəlif səviyyəli siyasətçilərdir. İlham Əliyevin Paşinyanla Azərbaycanın maraqları çərçivəsində məcburi qaydada görüşməsi onun üçün ağırdır. Aqil insanla cahil insanın bir araya gəlməsi mümkünsüz bir şeydir. Mövlanə deyib ki, "Cahilə baş qoşma. Bizi bilən bilir. Bilməyən də özü kimi bilir". Azərbaycanın milli maraqlarına uyğun olaraq onlar görüşməli olurlar. İlham Əliyev sözün əsl mənasında 40 dəllilə bir cahili əhilləşdr çalışır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31