Sahibə Qafarova Varşavada “Naməlum əsgər” abidəsini ziyarət edib - FOTO

Milli Məclisin sədri Sahibə Qafarovanın Polşaya rəsmi səfəri davam edir. Azərbaycan parlamentinin rəhbəri səfər çərçivəsində paytaxt Varşavada "Naməlum əsgər" abidəsini ziyarət edib. Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən "Olaylar"a bildirilib ki, Milli Məclisin sədri abidənin önünə əklil qoyub. Sonra Sahibə Qafarova xatirə kitabına ürək sözlərini yazıb. Sahibə Qafarovanın başçılıq etdiyi parlament nümayəndə heyəti, həmçinin Varşava Üsyanı Muzeyi ilə də tanış olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31