İsrail XİN başçısı Şəhidlər xiyabanını ziyarət edib - FOTO
19 Aprel 2023 19:00 Siyasətİsrailin xarici işlər naziri Eli Kohen Şəhidlər xiyabanını ziyarət edib.
Olaylar.az Trend-ə istinadən xəbər verir ki, bu barədə məlumatı Azərbaycanın İsraildəki səfiri Muxtar Məmmədov "Twitter" hesabında paylaşıb.
Səfir Şəhidlər xiyabanını ziyarət etdiyi üçün israilli nazirə təşəkkürünü bildirib.
Qeyd edək ki, İsrailin XİN başçısı Azərbaycanda rəsmi səfərdədir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31