Azərbaycan Prezidentinin xəbərdarlığından nəticə çıxarılmalıdır - ÖZƏL
19 Aprel 2023 13:58 Siyasət"Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin respublikanın Salyan və Neftçala rayonlarına səfərinin yekunlarına dair verdiyi müsahibədə həm Ermənistan rəhbərliyi, həm Qarabaödakl separatçılar, həm də onlara havadarlıq edən qüvvələr ünvanlanmış konkret mesajlar, xəbərdarlıqlar vardı. Ümid edirik ki, sözügedən tərəflər Azərbaycan liderinin xəbərdarlıq mesajlarını alıblar və bundan nəticə çıxaracaqlar". Bu fikirlər "Xəbər Mərkəzi" Analitik Qrupun açıqlamasında yer alıb. Analitik Qrupdan "OLAYLAR"-a daxil olan açıqlamada qeyd edilib ki, əks təqdirdə bundan sonra baş verəcəklərə görə, Azərbaycan heç bir məsuliyyət daşımayacaq:
"Dövlət başçısı açıq şəkildə bəyan etdi ki, separatçıların iki yolu var. Ya Azərbaycan Respublikasının vətəndaşı kimi yaşamaq, ya da Azərbaycandan çıxıb getmək. Separatçı tör-töküntüləri birinci yolu seçsələr, daha yaxşı yaşayar, dövlətimizin malik olduğu bütün imkanlardan yararlana bilərlər".
Analitik Qrup bildirir ki, Azərbaycan dövlət başçısının xəbərdarlığından Ermənistana dəstək verən, havadarlıq edən beynəlxalq güclər də nəticə çıxarmalıdır: "Hansı ki, onlardan daha çox Fransa və İran canfəşanlıq edir. Bu mənada Azərbaycan Prezidenti açıq şəkildə bildirdi ki, heç kimə ərazilərimizdə at oynatmağa imkan vermərik".