Bakıda Azərbaycan və İsrail arasında Birgə Komissiyanın iclası keçirilib

Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında Birgə Komissiyanın iclası keçirilib.

Olaylar.az Trend-ə istinadən bildirir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "Twitter" səhifəsində bildirib.

Nazir qeyd edib ki, iclasda ikitərəfli iqtisadi əməkdaşlıq üzrə gündəlikdə olan məsələləri nəzərdən keçirilib.

Ticarət əlaqələrinin və investisiyaların təşviqi, ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlıq istiqamətləri, innovativ texnologiyaların tətbiqi, rəqəmsal iqtisadiyyat kimi mövzularda əməkdaşlıq müzakirə edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31