Sahibə Qafarova “Azərbaycanda Polşa irsinin inciləri” sərgisinin açılışında çıxış edib

Milli Məclisin sədri Sahibə Qafarova və Polşa Respublikası Seyminin sədri ElzbietaVitekVarşava şəhərində Polşa Seymində təşkil olunan "Azərbaycanda Polşa irsinin inciləri" sərgisində iştirak ediblər. Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən "Olaylar"a bildirilib ki, Milli Məclis sədrini salamlayan ElzbietaVitek, bu cür tədbirlərin münasibətlərimizin inkişafına töhfə verdiyini, xalqlarımızın daha da yaxınlaşmasına xidmət etdiyini bildirib. Onun sözlərinə görə, belə tədbirlər xalqlarımızın mədəni dəyərlərinin təbliğ olunmasına da imkan verir.Tədbir iştirakçılarını salamlayan Sahibə Qafarova sərgiyə ev sahibliyi etdiyinə görə Polşa Respublikası Seyminin sədri ElzbietaVitekə  minnətdarlığını bildirib.

Milli Məclisin spikeri Şərqlə Qərbin qovuşduğu Azərbaycanın çoxsaylı mədəniyyətlərin vətəni olmasından söz açıb. Diqqətə çatdırıb ki, Azərbaycanda böyük sivilizasiyalar mövcud olmuş, milli mənsubiyyətindən asılı olmayaraq, multikulturalizm və tolerantlıq hər bir azərbaycanlının həyatının ayrılmaz hissəsinə çevrilmişdir. Məhz bu fonda Azərbaycanda mövcud olan 200 illik polyak mirasını xüsusi vurğulayan Sahibə Qafarova polyakların tarixən Azərbaycanda memar, hüquqşünas, mühəndis, müəllim, hərbçi, sahibkar və dövlət xadimi kimi fərqləndiklərini qeyd edib.

Spiker diqqətə çatdırıb ki, polyaklar müsəlman Şərqində və türk dünyasında ilk dünyəvi, parlamentli demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətində iştirak etmişlər. Polyaklar demək olar ki, bütün hökumət strukturlarında, parlamentdə və məhkəmə sistemində təmsil olunmuş və ümumi Vətənimiz Azərbaycanı qorumaq üçün səylərini əsirgəməmişlər. O, qeyd edib ki, həmin dövrdə Azərbaycan Parlamentində milli azlıqları təmsil edən deputatlardan biri məhz polyak milli şurasının nümayəndəsi StanislavVonsoviç olmuşdur.

Milli Məclisin sədri,polyak əsilli görkəmli şəxsiyyətlər arasında 19-cu əsrin sonu 20-ci əsrin əvvəllərində Bakının özünəməxsus gözəlliyinin yaradılmasında möhtəşəm irs qoymuş polyak memarların rolunu xüsusilə vurğulayıb və paytaxtımızda, həmçinin, bir sıra digər şəhər və rayonlarımızdainşa edilən binaların müəllifi olan polyak memarlar haqqında məlumat verib. Sərgidə də bu məşhur polyak memarların şah əsərlərinin böyük məmnuniyyətlə iştirakçıların diqqətinə təqdim edildiyini deyən Sahibə Qafarova tədbirin ərsəyə gəlməsində əməyi keçənlərə və sərgiyə gələnlərə təşəkkürünü bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31