Deputatımız Ankarada Heydər Əliyevlə bağlı konfransda çıxış edəcək - ÖZƏL

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova Ankara şəhərində Şuşa Konqres Mərkəzində keçiriləcək "Türk dünyasının önəmli lideri Heydər Əliyevin anadan olmasının 100-cü ildönümündə xatirəsi anılır" adlı konfransda çıxış edəcək. "Olaylar" xəbər verir ki, Parlamentin komitə sədri həmçinin Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun (TADİV) təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi və Türkiyə Cümhuriyyətinin yaradılmasının 100 illiyi münasibətilə keçiriləcək bir sıra tədbirlərdə iştirak edəcək. Fond tərəfindən keçiriləcək tədbirlər çərçivəsində Ulu Öndərə həsr olunmuş sərgi və konfrans təşkil olunacaq. Tədbirlərdə görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin həyatı və ictimai-siyasi fəaliyyəti barədə məlumat veriləcək, onun Azərbaycan dövlətçilik tarixindəki rolu və türk dünyası qarşısındakı  müstəsna xidmətlərindən bəhs ediləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31