Müharibədən sonra mina qurbanlarının sayı 291-ə çatıb - XİN
18 Aprel 2023 22:54 SiyasətErmənistanın basdırdığı minaları Azərbaycan vətəndaşlarını öldürməyə və şikəst etməyə davam edir.
Olaylar.az bildirir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi öz "Twitter" səhifəsində yazıb.
Bildirilib ki, bu gün Tərtər rayonunda baş verən mina partlayışı nəticəsində mülki vətəndaş xəsarət alıb və nəticədə müharibə bitdikdən sonra mina qurbanlarının sayı 291 nəfərə çatıb.
"Ermənistan hələ də dəqiq mina xəritələrini verməkdən imtina edir", - qeyd olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31