İlham Əliyev və Mehriban Əliyeva Salyan rayonuna səfər ediblər

Aprelin 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Salyan rayonuna səfər ediblər.

Olaylar.az AZƏRTAC-a istinadən bildirir ki, dövlətimizin başçısı və birinci xanım Salyan şəhərində Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət ediblər.

Prezident İlham Əliyev və Mehriban xanım Əliyeva Ümummilli Lider Heydər Əliyevin xatirəsini ehtiramla anıb, abidəsi önünə gül dəstələri qoyublar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31