Diplomatik səylər nəticə vermir - ÖZƏL

"Təəssüflər olsun ki, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanması məqsədilə ortaya qoyulan beynəlxalq səylər, diplomatik təşəbbüslər hələlik heç bir nəticə vermir. Bu da getdikcə prosesi arzuedilməz məcraya yönəldir". Bu fikirlər "Xəbər Mərkəzi" Analitik Qrupun açıqlamasında yer alıb. "OLAYLAR"-a Analitik Qrupdan verilən açıqlamada bildirilib ki, tərəflər arasında sülh müqaviləsinin imzalanmasının mümkün olmamasında həm Ermənistan, həm də beynəlxalq təşəbbüskarlar məsuliyyət daşıyır: "Düzdür, ortaya qoyulan təşəbbüslər təqdir olunandır. Ancaq ortada nəticə yoxdur. Nəticənin olmaması isə Ermənistanın ərköyünlüyü, sülh prosesinə mane olmamasından irəli gəlir. Təəssüflər olsun ki, sülh təşəbbüsü ilə çıxış edən tərəflər də öz növbəsində Ermənistana sülhə məcbur etmək istəmirlər".

Analitik Qrup hesab edir ki, vəziyyətin bu formada davam etməsi və Ermənistanın sülhə mane olmaq cəhdlərinin kənardan müşahidə edilməsi bu ölkəni yenidən müharibəyə hazırlaşması üçün fürsət yaradır: "Müntəzəm olaraq Qarabağa hərbi texnika göndərilməsi cəhdləri, İran və Hindistandan ağır texnikalar alması onu deməyə əsas verir ki, Ermənistan yenidən müharibə hazırlıqlarına başlayır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31