Ermənistanın siyasi hakimiyyəti vaxt qazanmağa çalışır - ÖZƏL

"Ermənistan rəhbərliyi Azərbaycanla sülh müqaviləsinin bağlanması mətnində Qarabağ məsələsini qeyd etməyəcək. Ermənistan rəsmən 29.8 min kvadrat km. ərazinin təhlükəsizliyi və sərhədlərlər çərçivəsində sülh müqaviləsinin bağlanmasını qeyd edib". "Olaylar" xəbər verir ki, bunu deyən politoloq Məhəmməd Əsədullazadənin sözlərinə görə, göründüyü kimi Ermənistan hökuməti rəsmən Azərbaycana ərazi iddialarından və Qarabağla bağlı məsələlərdən geri çəkilib. Amma, Qarabağ məsələsinin həllini vurğulayıb. Halbuki münaqişə bitdiyi üçün Ermənistan bu məsələdən geri çəkilib: "Ermənistan hakimiyyəti Qarabağ məsələsini müzakirəyə çıxarmaqla manipulyasiya edir. Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin bağlanması Vaşinqtonun vasitəçiliyi ilə bağlana bilər. Amma, Ermənistanda siyasi hakimiyyət vaxt qazanmağa çalışır. Elan etdikləri mövqe isə, proseslərdə Yerevanın obyektiv kimi göstərməkdir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31